logo

ÜST:Koronavirusun yeni ştamı artıq 29 ölkədə aşkar edilib

09:49 05-01-2023 | icon 1848
ÜST:Koronavirusun yeni ştamı artıq 29 ölkədə aşkar edilib

Koronavirusun mutasiyaya uğramış yeni forması - “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

YeniAvropa “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) eksperti Maria van Kerkhove bildirib.

“Yeni ştam artıq 29 ölkədə tapılıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”, - deyə ekspert narahatlığını ifadə edib.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.