logo

Ərdoğan Rusiya və Ukrayna liderləri ilə  bugünkü danışıqlarını BMT-yə çatdıracaq

23:53 04-01-2023 | icon 1246
Ərdoğan Rusiya və Ukrayna liderləri ilə  bugünkü danışıqlarını BMT-yə çatdıracaq

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə bu günə planlaşdırılan telefon danışıqlarından sonra BMT Türkiyə rəhbərliyi ilə əlaqə saxlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə zamanı Türkiyə hakimiyyəti bu cür telefon danışıqları ilə bağlı məlumatı mütəmadi paylaşıb: “Əminəm ki, onlar başa çatdıqdan sonra Türkiyə rəsmiləri ilə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.