Bu gün Laçın-Xankəndi yolundakı aksiya ərazisindən keçən avtomobillərin sayı 16-ya çatıb.
YeniAvropa xəbər verir ki, Şuşa yaxınlığındakı yolda etiraz aksiyası keçirən ekofəallar tərəfindən avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 13-ü isə Rusiya sülhməramlılarına məxsus olub.
xatırladaq ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 24 gündür etiraz aksiyası keçirilir.