logo

Roma Papası cümə günü dəfn ediləcək

11:44 03-01-2023 | icon 4529
Roma Papası cümə günü dəfn ediləcək

Dekabrın 31-də vəfat edən Papa XVI Benediktlə vidalaşmaq üçün ötən gün 65 minə yaxın insan Vatikandakı Müqəddəs Pyotr kilsəsini ziyarət edib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Vatikanın Jandarma Qüvvələri yayıb.

Bildirilib ki, Vatikan rəhbərliyi gün ərzində təxminən 30-40 min ziyarətçinin məbədə gələcəyini proqnozlaşdırmışdı.

Qeyd edək ki, Papa XVI Benediktin cənazəsi cümə günü keçiriləcək dəfn mərasiminədək katolik dünyasının əsas kafedral kilsəsində olacaq.