logo

Sabirabadda keçmiş məhkum saxlama məntəqəsində intihar edib

11:11 03-01-2023 | icon 1624
Sabirabadda keçmiş məhkum saxlama məntəqəsində intihar edib

Sabirabad rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs özünü boğaraq həyatına qəsd edib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası alıb. O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.