logo

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 22-ci günü 

09:31 02-01-2023 | icon 1344
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 22-ci günü 

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası artıq 22 gündür davam edir.

YeniAvropa xəbər verir ki,  bu gün səhər saatlarında havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə edilib. İştirakçılar hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.