Dekabrın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 462 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 50, üç və daha çox doza vaksinlərin sayı 103, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 931 min 574, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 159, ikinci mərhələ üzrə 4 milyon 875 min 607, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 188, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 620-dir.