logo

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub

17:47 30-12-2022 | icon 3409
Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 826 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 808 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 495 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 384, bu günə qədər isə ümumilikdə 7 milyon 428 min 980 test icra olunub.