logo

Yanvar ayına olan hava proqnozu

16:17 30-12-2022 | icon 1897
Yanvar ayına olan hava proqnozu

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının 5-dək hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6° isti, üçüncü ongünlüyün bəzi günlərində 3°-dək şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 4°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 18-28 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8°, bəzi günlərdə 10-15° şaxta, dağlarda 18-20° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 2-7° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 14-25 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3° şaxtadan 1°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6°, bəzi günlərdə 10-15° şaxta, gündüzlər 1-6° isti, bəzi günlərdə 2-7° şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 16-28 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 0-5° isti, bəzi günlərdə 4-9° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 3°-dək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 10-32 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1° şaxtadan 4°-dək isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı bildirilir (norma 22-49 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 4°-dək isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimal edilir (norma 17-31 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1-5° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 1-6° isti, bəzi günlərdə 1-6° şaxta, dağlarda 10-15° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 0-3° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 44-98 millimetr).