ABŞ prezidenti Cozef Bayden 2023-cü maliyyə ili üçün təxminən 1,7 trilyon dollarlıq büdcəni təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Vəsaitlərin böyük hissəsi - 858 milyard dolları müdafiəyə yönəldiləcək, 772,5 milyard dollar isə qeyri-müdafiə xərclərinə ayrılacaq.
Dövlət büdcəsində ABŞ-ın Ukraynaya, eləcə də NATO müttəfiqlərinə ümumilikdə 44,9 milyard dollar hərbi yardımının ayrılması da nəzərdə tutulur.