Qazaxıstan Parlamentinin Senatı üç məcəlləyə və səkkiz qanuna korrupsiyaya qarşı mübarizə ilə bağlı düzəlişləri qəbul edib. Düzəlişlərdən biri xərcləri rəsmi gəlirindən çox olan məmurların işdən azad edilməsini nəzərdə tutur.
YeniAvropa Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, dəyişikliklər, həmçinin dövlət qulluqçularının, onlara bərabər tutulan şəxslərin və həyat yoldaşlarının qanunsuz varlanmasına görə cərimələrin məbləğini müəyyən edir. Eyni zamanda xərcləri illik gəlirini üstələyən məmuru üç il dövlət qulluğunda işləməkdən məhrum edən “karyera cəzası” gözləyir. Buna baxmayaraq, hər bir halda məmura xərclərinin qanuniliyini əsaslandırmaq imkanı veriləcək.
Təsdiqlənən bəzi müddəalar isə korrupsiya barədə məlumat verən vətəndaşların müdafiəsinə yönəlib. Belə ki, onlar xüsusi komissiyasının təqdimatı olmadan intizam məsuliyyətinə cəlb edilə, tutduğu vəzifədən azad oluna və ya başqa vəzifəyə keçirilə bilməz. Korrupsiya ilə bağlı məlumatlar məxfi hesab olunacaq və onları yayanlar cinayət məsuliyyətinə səbəb ediləcək.
Hazırda imzalanması üçün prezidentə göndərilən dəyişikliklər paketi 2027-ci ildən qüvvəyə minəcək.