logo

Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri Moskvada görüşüblər

19:49 28-12-2022 | icon 2821
Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri Moskvada görüşüblər

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Türkiyə Milli Təhlükəsizlik (MİT) Təşkilatının rəhbəri Hakan Fidan Rusiyaya səfər ediblər.

YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin keçirdikləri toplantıda Suriya böhranı, qaçqınlar problemi, Suriya ərazisində terror təşkilatları ilə ortaq mübarizə məsələləri müzakirə olunub.