Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.
YeniAvropa xəbər verir ki, V.Putin Ermənistanın baş naziri ilə iclasın birinci günü, dekabrın 26-da görüşdüyünü xatırladaraq, danışıqların əsas mövzusunun bütövlükdə Cənubi Qafqazda vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması məsələləri olduğunu qeyd edib.
Nikol Paşinyan Laçın dəhlizində vəziyyəti “böhran” adlandıraraq, bu məsələnin ən “operativ” şəkildə həllinə diqqət çəkib.