logo

Ukrayna prezidenti ABŞ-da səfərdədir

12:12 21-12-2022 | icon 3521
Ukrayna prezidenti ABŞ-da səfərdədir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - deyə Zelenski yazıb.

Ukrayna prezident Ofisinin məlumatına görə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.