logo

Rusiyanın Kiyevi bombalamaq üçün göndərdiyi 23 kamikadze drondan 18-i vurulub

12:52 19-12-2022 | icon 3535
Rusiyanın Kiyevi bombalamaq üçün göndərdiyi 23 kamikadze drondan 18-i vurulub

Bu gün səhər saatlarında hava hücumu zamanı Kiyev səmasında Rusiya ordusunun 23 kamikadze dronu qeydə alınıb. Ukrayna müdafiə qüvvələri 18 dronu məhv etməyə müvəffəq olub.

YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

"Hələlik itki olmayıb. Bununla belə, paytaxtın Solomenski rayonunda yolun hərəkət hissəsi, həmçinin Şevçenko rayonundakı hündürmərtəbəli binanın pəncərələri dağıntılar nəticəsində zədələnib", - deyə Sergey Popko bildirib.

Kritik infrastruktur obyektinə də zərbə dəyib. Təcili yardım xidmətləri fəsadlarla mübarizə aparır.