Rusiya ordusu tərəfindən atılan raketlərdən biri Ukraynanın paytaxtı Kiyev şəhərinə düşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Kiyev şəhər meri partlayışın baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, partlayış paytaxtın sol sahilində baş verib.
"Şəhərin Desnyanski rayonunda partlayış səsləri eşidilib. Hazırda bütün xidmətlər həmin yerə göndərilib", - deyə şəhər meri bildirib.
Onu da qeyd edək ki, hazırda paytaxtda hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyir. Kiyev istiqamətinə bir neçə raketin atıldığı bildirilir.
Ümumilikdə ölkə üzrə hava həyəcanı çalınıb. Artıq Ukraynanın bəzi vilayətlərində partlayışlar qeydə alınıb.