logo

Nobel mükafatları bu gün sahiblərinə təqdim ediləcək

10:10 10-12-2022 | icon 4431
Nobel mükafatları bu gün sahiblərinə təqdim ediləcək

Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimat mərasimi keçiriləcək, laureatlar və qonaqlar üçün ziyafət təşkil olunacaq.

 YeniAvropa xəbər verir ki,  Stokholm filarmoniyasında İsveç Kralı XVI Karl Qustav 2022-ci ilin on bir Nobel mükafatçısına fəxri diplomlar və qızıl medallar təqdim edəcək. Sülh mükafatı isə Alfred Nobelin vəsiyyətinə əsasən, Norveç Nobel Komitəsinin sədri tərəfindən Osloda təqdim olunur. Mərasim Norveç hökumətinin üzvləri və kral ailəsinin iştirakı ilə bələdiyyə binasında keçiriləcək.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq, 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin xatirə günündə təşkil edilir.