İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin zabitinə hücum edərək onu yaralayan şəxs edam edilib.
YeniAvropa "Tasnim" agentliyinə istinadla xəbər verir ki, Möhsün Şekari adlı şəxs Tehranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaralayıb.
Sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər ara vermir. Rəsmi versiyaya görə, geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı qız dindirilmə zamanı ürək tutmasından vəfat edib. Lakin sosial şəbəkələrdə onun polis tərəfindən döyülməsi nəticəsində öldüyü barədə məlumatlar yayıldıqdan sonra ölkədə kütləvi etirazlar başlayıb.
İğtişaşlar nəticəsində çox sayda insan həlak olduğu bildirilir.