“Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq”.
YeniAvropa “RBK Ukraina”ya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, hətta Ukraynadakı savaşın başa çatması Rusiya ilə NATO arasında münasibətlərin avtomatik normallaşması kimi başa düşülməməlidir: “Ukraynada müharibəni diplomatiya yolu ilə bitirmək üçün hələ də heç bir şərait yoxdur. Çünki Rusiya danışıqlar deyil, yazda yeni hücuma hazırlaşmaq üçün münaqişənin dondurulmasını istəyir”.