logo

Putin Rusiyada yeni qadağalar qoydu

09:29 06-12-2022 | icon 2506
Putin Rusiyada yeni qadağalar qoydu

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna əsasən, vağzal, aeroport, təhsil və tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.

İndiyədək Rusiyada prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.