Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə nəşrin
"Twitter" hesabında məlumat paylaşılıb.
Qeyd olunur ki, Zelenski “Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının igidlik və sarsılmazlıq təcəssümünə çevrilib. Onun Kiyevdə qalmaq, təxliyə barədə təkliflə razılaşmamaq qərarı müharibənin ən mühüm anlarından biri olub.