logo

Avropa Komissiyasıda Rusiyaya qarşı 180 maddəlik yeni sanksiya

12:12 05-12-2022 | icon 2534
Avropa Komissiyasıda Rusiyaya qarşı 180 maddəlik yeni sanksiya

Avropa Komissiyası və Avropa İttifaqı ölkələrinin nümayəndələri həftə sonu Rusiyaya qarşı 9-cu sanksiyalar paketini müzakirə edib. Sanksiya siyahısına 180 yeni maddənin əlavə edilməsi təklif olunub.

YeniAvropa xəbər verir ki, bu barədə “Politico” qəzeti avropalı diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, texnologiya, maliyyə və media sahəsində məhdudiyyət tədbirlərinin müzakirəsi də davam edir.

Avropa İttifaqı sammitinin və qurumun Xarici Əlaqələr Şurasının gələn həftə keçiriləcək iclasına qədər yeni sanksiyalar paketinə dair razılıq əldə olunacağı gözlənilir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı növbəti məhdudiyyətlər paketi üzərində fəal iş getdiyini deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və bu, Ukrayna qalib gələnədək davam edəcək.