Dekabrın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 544 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 190, ikinci doza vaksinlərin sayı 145, üç və daha çox doza vaksinlərin sayı 181, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 28-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 923 min 821, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 240, ikinci mərhələ üzrə 4 milyon 874 min 445, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 100, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 36-dır.