logo

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

12:32 02-12-2022 | icon 2261
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyanın Primorye diyarının Nadejdinsk rayonu ərazisində “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

YeniAvropa xəbər verir ki, təyyarə Alekseyevka yaşayış məntəqəsi yaxınlığında meşə massivinə düşüb. Təyyarənin iki pilotu katapulta olunub. İlkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən baş verib.