Ermənistanda “B55” təyyarəsinin qəzaya uğraması nəticəsində iki Rusiya vətəndaşı həlak olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Yerevandan Həştərxana uçan təyyarə Ermənistanın Kotayk vilayətində qəzaya uğrayıb. Təyyarə yerə düşəndən sonra yanıb. Xilasedicilər iki pilotun yanmış cəsədlərini tapıblar. Pilotlar Rusiya vətəndaşlarıdır.