logo

Avropa Komissiyas Rusiyanın 300 milyard avrosunu Ukraynaya xərcləməyi təklif edir

13:55 30-11-2022 | icon 2674
Avropa Komissiyas Rusiyanın 300 milyard avrosunu Ukraynaya xərcləməyi təklif edir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiyanın dondurulan 300 milyard avrodan çox vəsaitinin Ukraynaya yardım üçün istifadə olunmasını təklif edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ursula fon der Lyayenin Avropa Komissiyasının saytında dərc olunmuş bəyanatında bildirilir.

“Rusiya Mərkəzi Bankının 300 milyard avro həcmində rezervini və rusiyalı oliqarxlarının 19 milyard avro vəsaitini dondurmuşuq. Qısa müddət ərzində tərəfdaşlarımızla birgə dondurulan vəsaiti yatıra biləcəyimiz struktur yarada və bu vəsaiti Ukrayna üçün istifadə edə bilərik”, - bəyanatda belə deyilir.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Rusiyanın hərbi təcavüzü səbəbindən Ukraynaya 600 milyard avro zərər dəyib.