Ukrayna ordusu son sutkada Rusiyanın “Su-25” və “Su-24” qırıcı təyyarəsini vurub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukrayna ərazisindəki vacib bütün infrastrukturlara raket zərbələri endirməsi təhlükəsi qalmaqdadır.