Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfərə gəlib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Kasım-Jomart Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.
Noyabrın 26-da paytaxt Astanada Qazaxıstan prezidentinin təntənəli andiçmə mərasimi keçirilib.