Avropa İttifaqı Ukrayna münaqişəsi səbəbindən Rusiyaya qarşı doqquzuncu sanksiya paketi üzərində işləyir.
YeniAvropa xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Finlandiyada keçirilən mətbuat konfransında deyib. Mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.
“Bu gün doqquzuncu sanksiyalar paketi üzərində işlədiyimizi elan edə bilərəm”, - deyə Ursula fon der Lyayen bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətməyə çalışır və bu, Ukrayna qalib gələnədək davam edəcək.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Avropa İttifaqı Moskvaya qarşı səkkiz sanksiya paketi tətbiq edib.