Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.