Rusiyanın raket zərbələri nəticəsində Lvov şəhərinin elektrik enerjisi tamamilə kəsilib.
YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Rusiya ordusu bu gün Ukraynanın infrastruktur obyektlərinə növbəti raket zərbələri endirib. Hücum nəticəsində şəhərin su təminatında da fasilələrin yaranacağı gözlənilir.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edir, Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardımlar göstərirlər.