logo

Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxub

16:16 20-11-2022 | icon 3290
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,koronavirusa yoluxan şəxslər arasında ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 min 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 750 nəfər müalicə olunaraq sağalıb, 9 min 972 nəfər vəfat edib. Aktiv xəstə sayı 232 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1620, bu günə qədər isə ümumilikdə 7 milyon 356 min 956 test icra olunub.