Noyabrın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 530 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 133, ikinci doza vaksinlərin sayı 164, üç və daha çox doza vaksinlərin sayı 192, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 41-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 916 min 776, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 400, ikinci mərhələ üzrə 4 milyon 872 min 713, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 389 min 178, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 485-dir.