Noyabrın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 438 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 104, ikinci doza vaksinlərin sayı 106, üç və daha çox doza vaksinlərin sayı 195, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 33-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 916 min 246, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 267, ikinci mərhələ üzrə 4 milyon 872 min 549, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 986, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 444-dür.