Noyabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 424 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 103, ikinci doza vaksinlərin sayı 96, üç və daha çox doza vaksinlərin sayı 190, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 915 min 808, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 163, ikinci mərhələ üzrə 4 milyon 872 min 443, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 791, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 411-dır.