logo

UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

11:33 08-05-2024 | icon 2058
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı bəlli olacaq.

YeniAvropa xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Belçikası “Brügge”si doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 20:45-də start götürəcək görüşü türkiyəli FIFA referisi Halil Umut Meler idarə edəcək. Komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu raundun digər cavab qarşılaşması mayın 9-da baş tutacaq.