Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub. 2 nəfər ölüb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 570 nəfər müalicə olunaraq sağalıb, 9 min 963 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1390, bu günə qədər isə ümumilikdə 7 milyon 344 min 397 test icra olunub.