Azərbaycanda 8819 əcnəbi tələbə təhsil alır
2022-2023-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 111 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, İraq, Şri-Lanka, Suriya və digər ölkələri təmsil edirlər.
Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti yer alır.
Cari tədris ili üzrə şəxsi vəsaiti hesabına ölkəmizdə təhsil almaq istəyənlərlə yanaşı, dövlət büdcəsi hesabına təhsil almaq üçün də əcnəbi vətəndaşların qəbulu həyata keçirilib. Belə ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Eyni zamanda, hökumətlərarası sazişlər çərçivəsində Çinin 41, Qazaxıstanın 4, Tacikistanın isə 1 nəfər vətəndaşı ölkəmizdə təhsil imkanından yararlanıb.
Qeyd edək ki, cari tədris ilindən etibarən əcnəbilərin ölkəmizdə təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda, təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib. Belə ki, 2022-2023-cü tədris ilində təhsil almaq hüququ qazanan tələbələr müvafiq xidmət vasitəsilə müraciət ediblər. Tədris dilini zəif bilən əcnəbi vətəndaşların hazırlıq kurslarına qəbulu isə davam etdirilir.
Əcnəbilərin qəbulu və təhsilinin təşkili məsələsinin əsas icraçıları olan təhsil müəssisələrinin işinə dəstək məqsədilə həyata keçirilən fəaliyyətlər daha da genişləndirilir.
Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb
Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq
Sarayda keyfiyyətsiz yuyucu toz və şampun hazırlayan gizli sex aşkarlanıb
Bir sıra banklara aid konfidensial məlumatlara giriş ödənişsizdir
Faktiki hava: Bəzi yerlərə yağış, "Şahdağ"a isə qar yağıb
Avropa Kuboku:Qrup hərəkətləri komandamız III yeri tutub
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir
Azərbaycan nefti 85,27 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib