COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 872 min nəfəri ötüb
Noyabrın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 719 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 179, üç və daha çox doza vaksinlərin sayı 285, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 59-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 914 min 719, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 864, ikinci mərhələ üzrə 4 milyon 872 min 211, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 325, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 319-dur.