COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 870 min nəfəri ötüb
Oktyabrın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 676 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 142, üç və daha çox doza vaksinlərin sayı 290, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 43-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 903 min 469, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 357, ikinci mərhələ üzrə 4 milyon 870 min 27, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 566, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 519-dur.