QHT-lər ermənilərin səfirliklərimizə qarşı təcavüzünü pisləyirlər
Qeyri-Hökumət Təşkilatlarının(QHT) müraciəti əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində səfirliklərə qarşı təcavüz və Azərbaycana qarşı artan təzyiqlər barədə müzakirələr keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən YeniAvropa-ya bildirilib ki, tədbirdə qurumun Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqaməti üzrə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İ.İsgəndərov bildirib ki, Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması, həmçinin buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan çəkinmir. Son günlər səfirliklərə qarşı təcavüzdə ermənilərin növbəti iyrənc əməllərinin nümunəsidir. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
Sonra çıxış edənlər - qeyri-hökumət təşkilatlarının rəhbərləri Rauf Zeyni, Radə Abbas, Tofiq Əlizadə, Nüşabə Məmmədova, Təranə Hüseynova, Samir Adıgözəlov, Vəli Əlibəyov, Vüqar Qədirov, Mehriban Abdullayeva, Cəsarət Hüseynzadə, İlahə Əliyeva bildiriblər ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Hər birimiz bu sahədə fəal olmalı, dövlətimizin yanında duraraq bu vəhşiliklərin bütün dünyaya çatdırılması istiqamətində təbliğat aparmalıyıq.
Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və bu istiqamətində görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb.
Sonda Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin bəyanatı səsləndirilib.
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib