logo

Sinoptiklərdən xəbərdarlıq: Leysan yağacağ, dolu düşəcək

13:53 09-09-2022 | icon 5068
Sinoptiklərdən xəbərdarlıq: Leysan yağacağ, dolu düşəcək

Qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, sentyabrın 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürəti 18-23 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.