logo

Sabiq deputat Əsabil Qasımovun Bakıda qanunsuz tikdiyi oxmərtəbəli bina sökülür

15:34 07-09-2022 | icon 2737
Sabiq deputat Əsabil Qasımovun Bakıda qanunsuz tikdiyi oxmərtəbəli bina sökülür

“Vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib və qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib. Hazırda söküntü işləri gedir”.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin(FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir:

“Söküntü Nəsimi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə həyata keçirilir. Torpağın kupçasını və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq, razılaşdırılmış tikinti qanunlarına uyğun həyata keçirilməlidir. Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib”.

Qeyd edək ki,sosial şəbəkələrdə yayılan iddialara görə paytaxtın Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəlləsində artıq iki mərtəbəsi tikilmiş həmin çoxmərtəbəli binanın sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.