logo

Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya edilib

11:33 29-08-2022 | icon 1659
Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.