logo

Ukraynada müharibədə həlak olan azərbaycanlının nəşi Bakıya göndərilib

11:55 28-08-2022 | icon 1897
Ukraynada müharibədə həlak olan azərbaycanlının nəşi Bakıya göndərilib

Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.

Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.

Qeyd edək ki, Səid Hüseynov Rusiyanın Ukraynada apardığı müharibədə könüllü dəstələrin birində vuruşub və bir neçə gün əvvəl Nikolayev vilayəti istiqamətində gedən döyüşdə həlak olub.