Azərbaycan Respublikasının Baş Prokurorluğu Tovuz rayon sakininə qarşı qonşusu tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşusu 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon Prokurorluğunda 2022-ci il iyulun 20-də Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilib.
Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon Məhkəməsinin 2022-ci il 22 iyul tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.