Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki,, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.