İdman və həvəskar balıq ovçuları "Qırmızı kitab"a düşməyən növləri ovlaya bilərlər. Belə ki, "Qırmızı kitab"da 9 balıq növü yer alıb. Onu da qeyd edim ki, idman və həvəskar balıq ovunda müəyyən müddət və həcmlər mövcuddur.
YeniAvropa xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bildirib ki, idman və həvəskar balıq ovu ilə məşğul olanlar "Qırmızı kitab"a düşən növlər istisna olmaqla, digər növləri 5 kiloqrama qədər ovlaya bilərlər: "Burada istifadə olunacaq avadanlıq isə tilovdur. Onun üç qarmağı olmalıdır və ümumilikdə istifadə olunan qarmaqların sayı 7-dən çox olmamalıdır.
Milli parklarda da həvəskar balıq ovu ilə məşğul olmaq istəyənlər həmin fəaliyyətlə məşğul ola bilərlər".