logo

Rusiyalı istifadəçilər "YouTube"dən gəlir götürə bilməyəcəklər

11:55 10-03-2022 | icon 1883
Rusiyalı istifadəçilər "YouTube"dən gəlir götürə bilməyəcəklər

"YouTube" platforması Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə əlaqədar bu ölkədən olan istifadəçilər üçün monetizasiyanı (gəlir əldə etmək funksiyasını) dayandırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, həmin məhdudiyyətlər "YouTube premium" və "Music premium" abunəlikləri, həmçinin sponsorluq, "Super stickers" və "Super chat" funksiyalarına şamil edilir.

"Daha əvvəl Rusiyada "Google" və "Youtube" reklamlarını tamamilə dayandırmışdıq. İndi isə bu tədbiri monetizasiya ilə bağlı bütün funksiyalara şamil etmək qərarına gəldik. Bu o deməkdir ki, Rusiyada yutubdakı məzmun istehsalçılarının bu funksiyalardan müvəqqəti olaraq gəlir əldə etməsi dayandırılacaq. Bu dəyişikliklər Rusiyada olmayan istifadəçilərə şamil edilməyəcək",- deyə şirkətin abunəçilərə ünvanladığı mesaj məktubunda qeyd edilib.

Tətbiq olunan məhdudiyyətlərin vaxtı dəqiqləşdirilməyib, şirkət vəziyyətin gedişatına görə qərarlar qəbul edəcək.

Qeyd edək ki, bundan əvvəl analoji qərar "TikTok" sosial şəbəkəsi tərəfindən verilib və Rusiyadan olan istifadəçilərə müvəqqəti olaraq yeni videolar dərc etməyi qadağan edib. Həmçinin "Amazon" Rusiya vətəndaşları üçün "Prime video" xidmətinə girişi müvəqqəti bağlayıb.