logo

Rusiya Ukrayna ilə müharibədə mövcud hərbi texnikasının 10 faizini itirib-ABŞ kəşfiyyatı

11:11 09-03-2022 | icon 1694
Rusiya Ukrayna ilə müharibədə mövcud hərbi texnikasının 10 faizini itirib-ABŞ kəşfiyyatı

"Rusiya qoşunları mövcud hərbi texnikasının 10 faizini Ukraynada itirib".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə "CNN" telekanalı ABŞ kəşfiyyatının hesabatına əsasən məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirdiyi iki həftə ərzində fəaliyyətdə olan hərbi texnbikasını 8 faizdən 10 faizədək itirib. Hazırda bu texnika ya məhv edilib, ya da yarasız hala gətirilib.

Bildirilib ki, itirilən texnikaya tank, təyyarə, artilleriya və başqa hərbi əmlak daxildir. Bu, ötən həftədəki itkidən iki dəfə çoxdur.

Kəşfiyyatın məlumatına görə, Rusiya ötən həftə hərbi texnikasının 3-5 faizini itirmişdi.

ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya Ukraynada hərbi gücünün, təxminən, 100 faizini istifadə edir.